pool

Haqqımızda

"Temho Pool " MMC müxtəlif memarlıq və tikinti layihələrində əldə etdiyi təcrübə nəticəsində 2018-ci ildə korporativ fəaliyyətə başlamışdır. Şirkətimiz həm Azərbaycan həm də xarici ölkələrdə bir çox layihələrə uğurla imza atmışdır. Brendimiz zamanın tələblərinə uyğun olaraq yeni texnologiyalar, yeni layihələr və müştəri yönümlü işlər həyata keçirərək bu sahədə olan layihələri bir üst səviyyəyə qaldırmışdır. Məhsul və xidmətlərin keyfiyyətindən ödün vermədən müştəri məmnuniyyətini ön planda tutaraq, fəaliyyətindən əldə etdiyi uğurlarla hədəflərini günü-gündən yüksəldərək, cəmiyyətə və ətraf mühitə müsbət töhfə verən qabaqcıl şirkət olmuşdur

Təcrübə

Şirkətimiz 20 ilə yaxın nəhəng təcrübəyə sahib peşəkar işçi heyəti ilə 15-dən çox olimpiya hovuzu, 250-dən çox villa hovuzu, termal hovuzlar, spa mərkəzləri, fəvvarə sistemləri, akvaparklar, bioloji gölətlər olmaqla bir çox uğurlu layihələrə imza atmışdır. Eyni zamanda lagün çimərlik inşa edən ilk və tək Azərbaycan şirkəti adını qazanmışdır. Yerinə yetirdiyimiz layihələr şəhərimizdə tanınmış, nüfuzlu layihələr olaraq fərqliliyimizi önə çıxardır.

pool

Müştəri məmnuniyyəti

Şirkətimiz mükəmməl komanda ruhu ilə həyata keçirdiyi layihələrdə müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldıraraq, onların vaxtına və hüquqlarına hörmətlə yanaşaraq dostluq münasibətləri yaradır. "Temho Pool MMC" olaraq müştəri məmnuniyyətini bir iş qaydası kimi qəbul edir və bu qaydanı bütün layihələrimizdə tətbiq edirik

zestudiotərəfindən hazırlanmışdır.Copyright © 2024. All rights reserved.